Bakı şəhər 272 nömrəli tam orta məktəbin VIb sinfinin şagirdləri və həmin sinifdə dərs keçən müəllimlər Cəlilabad rayonunun Alar kəndində şəhid Əkbər Hüseynlinin ailəsini ziyarət ediblər.
İnterpress.az xəbər verir ki, onlar daha sonra şəhidin məzarını ziyarət ediblər.
Sinif rəhbəri Sevda müəllim bildirib ki, onlar 272 nömrəli tam orta məktəbin VIb sinfinə şəhid Əkbər Hüseynlinin adını veriblər.
Ziyarətçilər Alar kəndinin qəbiristanlığında dəfn olunmuş şəhid Bilal Rzayevin də məzarı üstə tər çiçək dəstələri qoyublar.
Müəllim və şagirdlər daha sonra şəhid Əkbər Hüseynlinin oxuduğu Alar kənd 1 nömrəli tam orta məktəbdə olublar, şəhidin adını daşıyan sinif otağına baş çəkiblər.
Şəhid Əkbər Hüseynli həmin otaqda təhsil almışdı. Burada Əkbər Hüseynliyə dərs demiş Gülafət Əsgərova şəhidin həyat və döyüş yolundan danışıb.
Bakı şəhər 272 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhidin adını daşıyan sinif otağının xatirə dəftərinə imzalarını qoyublar
Bakı şəhər 272 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Alar kəndinin mərkəzində Vətən Müharibəsi şəhidlərinin şərəfinə salınmış Şəhidlər Xiyabanında da olublar.







