Bakı-Şamaxı yolunda şam ağacları kəsilibbackend

Bakı-Şamaxı yolunda şam ağacları kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin yerli qurumunun əməkdaşları tərəfindən araşdırılıb və fakt təsdiqini tapıb.

Regional Ekologiya İdarəsinin rəisi Fərid Piriyev İnterpress.az-a bildirib ki, sözügedən əraziyə keçirilən baxış zamanı 3 şam ağacının kəsildiyi və təbiətə 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün hazırda Abşeron rayon Polis İdarəsi ilə birgə araşdırma aparılır”.

F.Piriyevin sözlərinə görə, kəsilmiş ağacların yerinə yeni ağaclar əkilib.