Bakıda 3000 manatlıq xalçalar oğurlandıbackend

Bakıda 3000 manatlıq xalçalar oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 3 000 manat dəyərində iki xalça oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə Şüvəlan qəsəbəsindəki evlərin birindən yanvarın 19-dan 26-dək olan müddətdə xalçaların oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən şübhəli bilinən Bakı şəhər sakinləri E.Nəcəfov və K.Aşurbəyov saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.