Bakıda zəhərlənmə hadisəsi baş verib.
2
“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Lökbatan qəsəbəsində 1983-cü il təvəllüdlü Həsənova Əminə Heydər qızı yaşadığı evdə dəm qazından zəhərlənib.
Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.