Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olubbackend

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

İnterpress.az xəbər verir ki, yanğın paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli 27/31 ünvanında yerləşən binanın 11-ci mərtəbəsində qeydə alınıb.

Yanğın hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Ev sahibi bildirib ki, yanğın mənzilin eyvanında olub: “Uşağın oyuncağı elektrik cərəyanına qoşulu vəziyyətdə olub, ehtimal olunur ki, qısaqapanma nəticəsində yanğın baş verib. Eyvanın pəncərələri plastik olduğundan yanğın böyüyüb. Xoşbəxtlikdən evdə kimsə olmayıb və xəsarət alan yoxdur”.