Bakıda dünən birgə intihar etdikləri deyilən iki şagirddən biri – Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir.
İnterpress.az xəbər verir ki,
Ailə üzvləri bu gün 17 yaşlı Əfruzu dəfn etməyə hazırlaşırlar, buna görə də onlar hadisə barədə ətraflı danışmağa hazır olmadıqlarını bildiriblər.
Rəssamlıqla məşğul olan Əfruzun babası qısa söhbət zamanı qeyd edib ki, nəvəsi heç də intihara meyilli olmayıb və bu addımı atmayıb. Babanın sözlərinə görə, sinif yoldaşı Mətanət yıxılarkən Əfruz onu tutmağa çalışıb. Bu zaman Mətanətin ağırlığından nəvəsi də onun arxasınca yıxılıb.
Əfruz evin yeganə övladı olub.
Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2005-ci il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və 2004-cü il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.
Mərhum Mətanət Quliyevanın atası Elşən Quliyevin sözlərinə görə, qızlar sefi çəkdirirmiş:
“Onlar şəkil üçün ora çıxıblar. Biri sürüşüb, digəri də onu tutmaq istəyib. İkisi də yıxılıb. İntiharla bağlı heç bir dəlil yoxdur”.
E.Quliyev bildirib ki, üç övladı var. M.Quliyeva onun üçüncü övladı olub.
Bildirək ki, Əfruz Səmədova evin yeganə övladı olub. Onun valideyinləri özlərini yaxşı hiss etmədikləri üçün danışmaq istəməyiblər.
Qeyd edək ki, martın 9-u günorta saatlarında Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı və Səmədova Əfruz Rafiq qızı Lökbatan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın damından özlərini ataraq intihar ediblər.
Hadisəylə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
İnterpress.az






