Bakıda dənizdən meyiti çıxarılan üç nəfərin kimliyi məlum oldu backend

Bakıda dənizdən meyiti çıxarılan üç nəfərin kimliyi məlum oldu 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şüvəlan çimərliyində boğulanların daha iki nəfərin kimliyi bəlli olub.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, onlar 1995-ci il təvəllüdlü Asim Əliyev, 1995-ci il təvəllüdlü Nuranə Məmmədovadır.

16:03

Bakıda üç nəfər dənizdə boğulub.

İNTERPRESS.az-ın məlumatına görə, hadisə Şüvəlan çimərliyində qeydə alınıb.

Boğulanların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir. Digərlərinin kimlikləri dəqiqləşdirilir.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil.

 

 

BÜNYAMİN BÜNYADZADƏ

İNTERPRESS.AZ