Bakıda dünya kuboku yarışlarına rekord sayda ölkədən gimnastlar qatılacaqlarbackend

Bakıda dünya kuboku yarışlarına rekord sayda ölkədən gimnastlar qatılacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 9-dan 12-dək Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışları keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyası xəbər verir ki, qeydiyyat siyahısına əsasən, yarışlarda rekord sayda – 48 ölkədən 170 idmançının iştirakı gözlənilir.

Dörd gün davam edəcək yarışların yekununda ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku təqdim olunacaq.

Ən güclü idmançıların çətin və əzmkar mübarizəsinin canlı şahidi olmaq istəyən tamaşaçılar biletləri onlayn qaydada iticket.az saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışları üçün 7, final mərhələləri üzrə isə 12 manatdır.