Bakıda iki avtomobil toqquşub, xəsarət alan varbackend

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “BMW” və “Toyota” markalı iki minik avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “BMW” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.