Bakıda minlərlə əhalinin yaşadığı bu qəsəbədə zibil qutuları yoxdur – sakinlər etiraz edir – FOTObackend

Bakıda minlərlə əhalinin yaşadığı bu qəsəbədə zibil qutuları yoxdur – sakinlər etiraz edir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Xəzər rayonunun Şağan qəsəbəsinin sakinləri illərdir ərazidə kifayət qədər zibil qutularının olmamasından narazıdırlar.

Bu barədə İnterpress.az-a qəsəbə sakinləri məlumat veriblər.

Belə ki, sakinlər qəsəbə ərazisində kifayət qədər zibil qutularının olmaması ilə bağlı nə az, nə çox – düz 4 ildir ki, Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etdiklərini bildirsələr də, bu vaxta qədər onların səsinə səs verən olmayıb.

Onların sözlərinə görə, böyük bir əhalinin sıx məskunlaşdığı Şağan qəsəbəsində cəmi iki yerdə (kəndin girişində – “AzərSu” tərəfdə 2 və qəbirstanlıq tərəfdə isə daha 2 zibil qutusu) qoyulub.

Sakinlər deyir ki, bütün qəsəbəyə cəmi 4 zibil qutusu kifayət etmir.

Ona görə də tullantılar küçələrə və digər ərazilərə atılır. Bu isə ərazidə antisanitariya şəraitinə gətirib çıxarır.

Minayə Əlili

İnterpress.az