Bakı şəhəri Səbail rayonu, Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayışla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma tədbirləri davam etdirilir.
İnterpress.az-ın xəbərinə görə, hadisə nəticəsində son məlumata əsasən klubda fəaliyyət göstərən bir qadın həyatını itirib, 31 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində gecə klubu ilə yanaşı, yaxınlıqdakı digər iaşə obyektləri, o cümlədən “Böyükfırat” restoranı ciddi zərər görüb.
APA hadisə yerinin hazırkı vəziyyətinin fotolarını təqdim edib.