Bakıda qadını küçəyə atdılar – VİDEObackend

Bakıda qadını küçəyə atdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində qadını küçəyə atıblar.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Onun sözlərinə görə, qadını ayda bir neçə dəfə küçəyə atırlar:

“Bildirilib ki, qadının əlilliyi var. Hazırda o, Nərimanov rayonu, Hidayətzadə küçəsi 51 ünvanındadır. Neçə gecədir orda gecələyir”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov Oxu.Az-a açıqlamasında bildirib ki, məsələ araşdırılır.