Bakıda sıxlıq: Avtobusların hərəkəti çətinləşdi – FOTObackend

Bakıda sıxlıq: Avtobusların hərəkəti çətinləşdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Bakının bəzi prospektlərində sıxlıq müşahidə edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, hazırda paytaxtın Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

 

 

 

İnterpress.az