Bakıda ürəyindən bıçaqlanan 22 yaşlı gənc öldübackend

Bakıda ürəyindən bıçaqlanan 22 yaşlı gənc öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Yenisabah.az-ın APA-ya istinadla məlumatına görə, hadisə “Komsomol dairəsi” kimi tanınan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Əliyev Fərid Şahvələd oğlu və onun dostu Əliyev İrşad İlqar oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. Bıçaq zərbəsi F.Əliyevin ürəyinə tuş gəldiyi üçün o hadisə yerində ölüb. Yaralı İ.Əliyev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət işi başlanılıb.