Dekabrın 26-da paytaxtın Nəsimi rayonu ərazisində “Range Rover” markalı avtomobildən 2000 manat dəyərində mobil telefon oğurlanıb. Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini C.Şıxıyev saxlanılıb.






