“Barselona” Salahdan imtina etdibackend

“Barselona” Salahdan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın “Liverpul” misirli ulduzu Məhəmməd Salahın transferindən birdəfəlik imtina etdiyi məlum olub.

İnterpress.az xəbər verir ki, Kataloniya klubu 29 yaşlı futbolçunun tələb etdiyi maaşı ona verməyi məqsədəuyğun saymayıb.

Mətbuada yayılan xəbərlərə görə M. Salah “Barselona”dan illik təxminən 17 milyon avro maaş və beş illik müqavilə istəyib.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul” klubu ilə müqaviləsi 2023-cü ildə bitir.