Batumidə meyitləri aşkarlanan əcnəbilərdən biri Türkiyə vətəndaşıdır – YENİLƏNİBbackend

Batumidə meyitləri aşkarlanan əcnəbilərdən biri Türkiyə vətəndaşıdır – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Batumidə meyitləri aşkarlanan əcnəbilərdən biri Türkiyə vətəndaşıdır.

Bu barədə yerli mətbuat yazıb.

Həmin şəxsin Özbəkistan vətəndaşı olan qadını qətlə yetirməsindən sonra intihar etdiyi bildirilir.

Türkiyə vətəndaşının meyiti ekspertizaya göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin intihar maddəsi üzrə cinayət işi açılıb.

09:50

Gürcüstanın Batumi şəhərində Kobaladze küçəsində iki nəfərin meyiti aşkar olunub.

Hər iki şəxsin xarici ölkə vətəndaşı olduğu bildirilir.

Yerli sakinlərin sözlərinə görə, kişi özünü 19-cu mərtəbədən atıb, qadının meyiti isə mənzildə tapılıb.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub, istintaq tədbirləri aparılır.

 

 

İnterpress.az