Bayden atəşkəs haqqında: Tramp təşəkkürə layiqdir, amma mən də çox çalışdım – FOTObackend

Bayden atəşkəs haqqında: Tramp təşəkkürə layiqdir, amma mən də çox çalışdım – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayden Trampa Qəzza zolağında atəşkəs razılaşması əldə etdiyinə görə təşəkkür edib.

İnterpress.az xəbər verir ki, bu barədə Bayden “X” hesabında yazıb.

ABŞ-nin keçmiş prezidenti Co Bayden Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına görə hazırkı dövlət başçısı Donald Trampa təşəkkür edib, eyni zamanda bu prosesdə öz səylərini də vurğulayıb.

“Bu razılaşmaya gedən yol asan olmadı. Administrasiyam girovların geri qaytarılması, fələstinli mülki əhaliyə yardım göstərilməsi və müharibənin dayandırılması üçün fasiləsiz çalışıb.

Prezident Trampa və onun komandasına yekun atəşkəs razılaşmasının əldə olunmasındakı səylərinə görə minnətdaram.

ABŞ və bütün dünyanın dəstəyi ilə Yaxın Şərq sülh yoluna qədəm qoyub və ümid edirəm ki, bu sülh həm israillilər, həm də fələstinlilər üçün ədalətli və davamlı olacaq”, – Bayden qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az