“Bayden gedir, bu həftə sonuna kimi seçki kampaniyasından da çəkiləcək” – Markovbackend

“Bayden gedir, bu həftə sonuna kimi seçki kampaniyasından da çəkiləcək” – Markov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bayden gedir, o, bu həftə sonuna kimi seçki kampaniyasından çəkildiyini elan edə bilər”.

interpress.az xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov teleqram kanalda yazıb. O bildirib ki, ABŞ prezidenti Co Bayden tezliklə seçki kampaniyasından getdiyini elan edəcək.

“Bayden gedir, o, bu həftə sonuna kimi seçki kampaniyasından çəkildiyini elan edə bilər.

Baxmayaraq ki, Bayden hələ də özünə arxayın olduğunu deyir, Lakin bağlı qapılar arxasında o, çöküb və istefa verməyə hazırdır.

Bu barədə ABŞ mediası Baydenin çevrəsindən gələn şayiələrə istinadən yazır.

Onu kim əvəzləyəcək – hələ ki, məsələ həllini tapmayıb. Hələlik çox güman ki, Harris onu əvəz edəcək”, – politoloq qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az