Bayden respublikaçıları Nümayəndələr Palatasında çoxluq qazanmaları münasibətilə təbrik edibbackend

Bayden respublikaçıları Nümayəndələr Palatasında çoxluq qazanmaları münasibətilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Cozef Bayden çərşənbə günü respublikaçıları seçkilərdən sonra Konqresin Nümayəndələr Palatasında səs çoxluğu əldə etmələri münasibətilə təbrik edib və onlarla qarşılıqlı əlaqədə olmağa hazır olduğunu açıqlayıb.

Bu barədə ABŞ Prezidentinin yazılı bəyanatında deyilir.

“Mən lider (Respublikaçıların aşağı palatadakı lideri Kevin) Makkarti səs çoxluğu qazanması münasibətilə təbrik edirəm”, – Prezident yazılı bəyanatında bildirib. Demokrat Bayden əmin edib ki, o, “adi amerikalıların xeyrinə nəticələr əldə etmək üçün Nümayəndələr Palatasının respublikaçıları ilə işləməyə hazırdır”.