Belarus XİN: Orqan mafiyasının satdığı qızın qalıqlarını qaytarmağa kömək etməyə hazırıqbackend

Belarus XİN: Orqan mafiyasının satdığı qızın qalıqlarını qaytarmağa kömək etməyə hazırıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus Xarici İşlər Nazirliyi orqan mafiyasının qurbanı olan qızın qalıqlarını qaytarmağa hazırdır.

İnterpress.az xəbər verir ki, Belarus XİN Müyanmada orqan alverinə qurban gedən minskli Vira adlı qızın ailəsinə kömək etməyə hazır olduğunu açıqlayıb.

Nazirlik bildirib ki, ölmüş qızın qalıqları diplomatik kanallar vasitəsilə qaytarıla bilər.

Məlumata görə, 26 yaşlı Vira sentyabrda model kimi işləmək vədi ilə Banqkoka gedib, lakin oradan Müyanmadakı fırıldaqçı mərkəzə aparılıb.

Onu tanışlıq saytlarında qeydiyyatdan keçirib, varlı əcnəbiləri aldatmağa məcbur ediblər.

4 oktyabrda qızla əlaqə kəsilib. Media yazır ki, “az səmərəli” olduğu üçün onu orqanlarına görə satıblar, bədənini isə yandırıblar.

Mərkəzin rəhbərliyi ailədən 500 min dollar tələb edib, lakin sonradan külünü qaytarmaqdan imtina edib.

Veranın daha əvvəl də Çin, Vyetnam və Balidə olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az