Belçika xüsusi xidmət orqanları terror aktı hazırlayan 7 nəfəri SAXLADIbackend

Belçika xüsusi xidmət orqanları terror aktı hazırlayan 7 nəfəri SAXLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika xüsusi xidmət orqanları terror aktı hazırlayan 7 nəfəri saxlayıb.

interpress.az xəbər verir ki, bu barədə “European Truth” qəzeti yazıb. Belçika ölkə daxilində bir sıra axtarışlardan sonra terror aktları hazırlamaqda şübhəli bilinən 7 nəfərin həbs olunduğunu bildirib.

Antverpen polisi istintaq hakiminin tələbi əsasında Antverpen də daxil olmaqla paytaxt regionunda, Valloniya və Flandriyada müxtəlif yerlərdə 14 axtarış həyata keçirib.

Əməliyyatın məqsədi terrorçu qruplaşmanın fəaliyyətində iştirakda, terrorizmi maliyyələşdirməkdə və terror aktı hazırlamaqda şübhəli bilinən bir neçə şəxsin saxlanılması olub.

Ümumilikdə 7 nəfər saxlanılıb və dindirilir. Onların mümkün planlarının təfərrüatları hələ açıqlanmayıb.

Xuraman Etibarlı

İnterpress.az