Bərdədə arvadını boğaraq öldürən şəxsə hökm oxunubbackend

Bərdədə arvadını boğaraq öldürən şəxsə hökm oxunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az-ın xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyul ayının 25-də Bərdə rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Aqil Mustafayev qısqanclıq zəminində həyat yoldaşı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qətlə yetirib.

A.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.