Bərdədə kanalda batan 17 yaşlı qızın meyiti tapılıb.
İnterpress.az xəbər verir ki, martın 19-da Yuxarı Qarabağ kanalında batdığı ehtimal edilən Bərdə rayon sakini 2008-ci il təvəllüdlü Xəlilova Gülçin Cəfər qızının meyiti 10 gün sonra Qaraqoyunlu kəndi ərazisində aşkarlanıb.
Onun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.