Beyrut boyu SİLSİLƏ PARTLAYIŞLAR – Yüzlərlə YARALI VAR – VİDEObackend

Beyrut boyu SİLSİLƏ PARTLAYIŞLAR – Yüzlərlə YARALI VAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyrut boyu rabitə cihazlarının yeni silsilə partladılması xəbərləri yayılıb.

İnterpress.az xəbər verir ki, Livanın “Hizbullah” silahlı qruplaşmasının onlarla üzvü telefon və peycerlərin silsilə partladılması nəticəsində yaralanıb.

Hadisə Beyrutun mərkəzində qruplaşmanın qalası olan Dahiyada baş verib. Livanın bir neçə bölgəsində, əsasən Beyrutda Hizbullah qruplaşması üzvlərinin onlarla fərdi rabitə qurğusu eyni vaxtda partlayıb.

Hücum “Hizbullah”ın bir neçə yüksək vəzifəli rəsmisini hədəf alıb.

İlkin məlumata görə, İsrail kəşfiyyat xidmətləri “Hizbullah”ın rabitə cihazlarını dağıdan və uzaqdan partladan quraşdırılmış kamikadze sistemindən istifadə edib.

İlkin məlumata görə, qruplaşmanın onlarla üzvünün əlləri qopub.

İsrailin rabitə cihazlarına kiberhücumunun partlaması nəticəsində Bekaa vadisində, Livanın cənubunda və Beyrutda əksəriyyəti “Hizbullah” üzvləri olan ən azı 70 nəfər yaralanıb.

Xuraman Etibarlı

İnterpress.az