Bioloji silahla 11 milyon insana gözəllik bəxş edən həkim vəfat edib – FOTObackend

Bioloji silahla 11 milyon insana gözəllik bəxş edən həkim vəfat edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Botoksu ilk dəfə yaradan və müalicəvi məqsədlər üçün istifadə edən amerikalı oftalmoloq Alan Skott 89 yaşında vəfat edib.

Skottun qızı Elison Ferqyusonun sözlərinə görə, ölümə səbəb sepsisin yaratdığı fəsadlar olub.

3

Qeyd edək ki, botulinum toksini maddəsi İkinci Dünya Müharibəsi zamanı əldə edilib və əzələ iflicinə səbəb olan bioloji silah kimi istifadə edilib. Toksinin nümunələri Skota verilib, o isə bu məhsuldan botoks yaradıb.

2002-ci ildə ABŞ Qida və Dərman İdarəsi (FDA) botoksun kosmetik məqsədlər üçün istifadəsinə icazə verib. Həmin vaxt bu, Skotu çox təəccübləndirib.

Məlumata görə, bu günə qədər 11 milyon insan qırışları hamarlaşdırmaq üçün botoks vurub.