BMT Baş katibi Ukraynada sülh üçün şərait yaradılmasının vacibliyindən danışıbbackend

BMT Baş katibi Ukraynada sülh üçün şərait yaradılmasının vacibliyindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Baş katibi Antoniu Quterriş Ukraynada sülhün bərqərar olması üçün şərait yaradılmasının vacibliyinə işarə edib.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, şənbə günü Kambocada ASEAN sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Dialoqun bərpası və sülhün gələcəyi naminə yolların tapılması üçün şərait yaratmaq vacibdir”, – A.Quterriş deyib.

Baş katib əlavə edib ki, sülh sazişinin şərtləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanmalıdır.