BMT Baş katibinin müavini Azərbaycan nümayəndə heyəti ilə görüşübbackend

BMT Baş katibinin müavini Azərbaycan nümayəndə heyəti ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin mənzil-qərargahında keçirilən Su konfransında iştirak edən Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüşüb.

Görüşdə L. Junhuana Azərbaycanda su ehtiyatlarının səmərəli istifadəsi istiqamətində görülən işlər, transsərhəd çayların idarə edilməsində beynəlxalq əməkdaşlığın vacibliyi, Oxçuçayın Ermənistan tərəfindən sənaye tullantıları ilə çirkləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Ermənistan tərəfindən mina xəritələrinin verilməməsinin bərpa və quruculuq işlərinə təsiri ilə bağlı məlumatlar verilib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran müxtəlif mövzular barəsində müzakirələr aparılıb.

Nazir Li Junhuanı bu ilin noyabr ayında Azərbaycanda keçirilməsi planlaşdırılan Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumuna dəvət edib. O da, öz növbəsində, dəvəti yüksək qiymətləndirib, Azərbaycanın BMT-yə veridiyi töhfələrindən məmnunluğunu dilə gətirib.