BMT-nin Azərbaycandakı sabiq rezident əlaqələndiricisi İraqda vəzifəyə təyin edilibbackend

BMT-nin Azərbaycandakı sabiq rezident əlaqələndiricisi İraqda vəzifəyə təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş beynəlxalq qurumun Azərbaycandakı sabiq rezident əlaqələndiricisi, Əfqanıstandan olan Qulam Məhəmməd İsakzaini BMT-nin İraqa Yardım üzrə Missiyasının (UNAMI) xüsusi nümayəndəsinin müavini təyin edib.

BMT baş katibinin mətbuat ofisinin yaydığı bəyanatda bildirilir ki, İsakzai həm də ölkədə rezident əlaqələndirici və BMT-nin humanitar koordinatoru kimi fəaliyyət göstərəcək.

İsakzai bu vəzifədə almaniyalı İrena Voyakova-Solloranonu əvəz edəcək. “Baş katib fəaliyyəti dövründə onun rəhbərliyinə və sədaqətli xidmətinə görə minnətdardır”, – açıqlamada deyilir.

İsakzai qabaqlayıcı diplomatiya və mürəkkəb humanitar, inkişaf, bərpa və sülh quruculuğu sahəsində 28 ildən çox təcrübəyə malikdir.

O, 2022-ci ilin yanvar ayından İordaniyada müvəqqəti rezident və humanitar məsələlər üzrə koordinator kimi fəaliyyət göstərir.

İsakzai əvvəllər Əfqanıstanın Nyu-Yorkdakı səfiri və BMT-dəki daimi nümayəndəsi, həmçinin beynəlxalq təşkilatın Azərbaycanda rezident əlaqələndirici vəzifələrində çalışıb. Əvvəlki karyerasında BMT təmsilçisi kimi Almaniya, Nepal, Əfqanıstan, Suriya, Yəmən və İraqda müxtəlif siyasət, inkişaf və humanitar vəzifələri daşıyıb.