BMT: Qəzzada öldürülən 25 min insanın 70 faizi uşaq və qadınlardırbackend

BMT: Qəzzada öldürülən 25 min insanın 70 faizi uşaq və qadınlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 7-dən bu yana İsrailin sıx hücumları və blokadası altında olan Qəzzada həlak olan təxminən 25 min adamın 70 faizini uşaq və qadın olduğunu bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının işğal olunmuş Fələstin ərazilərindəki nümayəndəsi Ajith Sunghay BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında qiymətləndirmələr edib:

“Qəzzada daha bir şok edici dönüş nöqtəsinə çatırıq. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, təxminən 25 min adamın öldüyü bildirilir. Onların 70 faizi qadın və uşaqlardır”.

Qəzzada ən az 61 min 500 nəfərin yaralandığını bildirən Sunghay, minlərlə insanın hələ də dağıntılar altında olduğunu və əksəriyyətinin öldüyü ehtimal edildiyini qeyd edib.

Sunghay həftənin əvvəlindən Qəzzada olduğunu və minlərlə insanın çıxılmaz vəziyyətdə Rəfah Sərhəd Qapısına gəlməyə davam etdiyini və tapdıqları hər cür materialla müvəqqəti sığınacaqlar qurduğunu bildirib.

Qəzzanın ortası və Xan Yunus bölgəsinin şiddətli bombardmanının Rəfah Sərhəd Qapısından açıq şəkildə göründüyünü vurğulayan Sunghay gecələrin Qəzzalılar üçün “ən qorxulu” vaxt olduğunu vurğulayıb.