BMT rəsmisi: “Ukraynada işıqların tamamilə kəsilməsi fəlakətə səbəb olacaq”backend

BMT rəsmisi: “Ukraynada işıqların tamamilə kəsilməsi fəlakətə səbəb olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT-nin Ukraynadakı humanitar koordinatoru Denis Braun bildirib ki, Ukraynada işıqların tamamilə kəsilməsi fəlakətə səbəb olacaq.

O, bu barədə “Der Spiegel” qəzetinə müsahibəsində bildirib.

“40 milyonluq bütöv bir ölkəyə kömək etmək ehtiyacı humanitar cəmiyyətin imkanlarından kənara çıxa bilər. Bu halda nə edəcəyimizi birlikdə düşünməliyik”, – deyə o bildirib.

Braun həmçinin qeyd edib ki, hazırda BMT-nin 2000-ə yaxın humanitar işçisi Ukrayna ərazisindədir.