Bolqarıstan Rusiyadakı səfirini geri çağırıbbackend

Bolqarıstan Rusiyadakı səfirini geri çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstan hökuməti Rusiyadakı səfiri Atanas Krıstyevi məsləhətləşmə üçün geri çağırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kiril Petkov deyib.

“Bu gün Moskvadan humanitar uçuş həyata keçirilib. Təyyarənin göyərtəsində Rusiyadakı səfirimiz də olub. O, məsləhətləşmələr üçün Sofiyaya qayıdıb. Təyyarədə Bolqarıstanın daha 64 vətəndaşı olub”, – Baş nazir NATO-ya üzv olan Cənub-Şərqi Avropa dövlətlərinin hökumət başçılarının görüşünün yekunlarına həsr edilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, oxşar addımları NATO-dakı başqa müttəfiqlərin atacağı da gözlənilir.

Qeyd edək ki, martın 23-də Kiril Petkov Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofonovanın ölkəsində baş verənlər barədə feysbuk səhifəsində yaydığı fikirlərdən razı qalmadığını bildirmişdi.