Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib.
İnterpress.az xəbər verir ki, bu barədə “CNN Brasil” telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, 74 nəfər yaralanıb, 67 nəfər itkin düşüb.
Hazırda ştatın 281 bələdiyyəsində pis hava şəraiti hökm sürür. Rio Qrande-du-Sulda təbii fəlakətdən 370 mindən çox insan əziyyət çəkib.