Braziliyada hakimiyyətin Lula da Silvaya ötürülməsinə başlanılıbbackend

Braziliyada hakimiyyətin Lula da Silvaya ötürülməsinə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyada hakimiyyətin ötürülməsi prosesi başlayıb: prezident seçkilərində qalib gələn Luis İnasio Lula da Silva və sabiq dövlət başçısı Jair Bolsonaronun komandaları ilk görüşlərini keçiriblər.

Bu barədə “Folya di San-Paulu” qəzeti seçilmiş vitse-prezident Jeraldo Alkminə istinadən yazıb.

Onun sözlərinə görə, iki siyasətçinin komandalarının görüşü “faydalı” olub, bu, hakimiyyətin təhvil verilməsi prosesinin gələcək koordinasiyası məqsədilə keçirilib.

O, həmçinin bildirib ki, keçid hökuməti noyabrın 7-də formalaşacaq.

Bundan əlavə, Alkmin jurnalistlərə bildirib ki, Prezident Aparatının keçmiş rəhbəri və sabiq dövlət başçısının yaxın dostu Luis Eduardo Ramos Bolsonaronun ikinci turda məğlubiyyətini etiraf edib və Lula da Silvanın komandasını qələbə münasibətilə təbrik ediblər.