Braziliyada yağış və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 106 nəfərə çatıbbackend

Braziliyada yağış və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında leysan yağışları nəticəsində ölənlərin sayı 106 nəfərə çatıb.

Bu barədə G1 xəbər portalı yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.

Təbii hadisə zamanı daha 10 nəfərin itkin düşdüyü bildirilir. Onların axtarışlarına 300-ə yaxın xilasedici cəlb olunub.

Daha əvvəl 100 nəfərin öldüyü bildirilirdi. Təbii fəlakət nəticəsində həmçinin 6 198 nəfər evsiz qalıb.

Son altı ayda Braziliyanın Bahia, Minas Gerais, Pernambuko və Rio-de-Janeyro ştatlarında leysan yağışları nəticəsində 400-dən çox insan həlak olub.