Britaniyada koronavirus şoku: 24 saatda 50 min adam yoluxubbackend

Britaniyada koronavirus şoku: 24 saatda 50 min adam yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngilis həkimlər və elm adamları koronavirusa yoluxma hallarının artması səbəbindən karantin qaydalarının sərtləşdirilməsini tələb edirlər. Onlar insanların sıx olduğu yerlərdə qoruyucu maskalardan istifadə etməyin vacibliyini vurğulayır, əhalidən COVID pasportu tələb etməyi təklif edirlər.

“Yeni Sabah” bildirir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilir ki, son bir həftə ərzində İngiltərədə hər gün 40 mindən çox insan xəstəliyə yoluxub. Əvvəllər bu statistika 20-25 min nəfər idi. Son 24 saatda isə 50 mindən çox yeni yoluxma hadisəsi qeydə alınıb. Ortalama gündəlik ölüm sayı 130 nəfərə bərabər idisə, bu rəqəmlər 19 oktyabrda 223-ə yüksəldi. Əvvəlki həftə ilə müqayisədə xəstəxanaya yerləşdirilmə nisbəti 10% artıb.

Qeyd edək ki, epidemiya vəziyyətinin pisləşməsinə baxmayaraq, Böyük Britaniya hökuməti hələ də tədbirləri sərtləşdirməyi planlaşdırmayıb və peyvəndlə bağlı diqqəti yalnız vaksinasiyaya yönəldir. Hökumət hesab edir ki, yoluxma hallarının artmasına baxmayaraq, peyvənd virusun yayılmasını ləngidir və ölüm hallarının sayı azalıb. Səhiyyə Nazirliyinin məlumatına görə, peyvənd olunmamış vətəndaşların klinikalarda peyvənd olunma ehtimalı 3 dəfə çoxalıb. Nazirlik qeyd edir ki, Böyük Britaniyada əhalinin 67%-dən çoxu tam peyvənd olunub.

Xatırladaq ki, pandemiya zamanı yoluxanların ümumi sayına görə Böyük Britaniya dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü, Avropa ölkələri arasında isə birinci yerdədir. İngiltərədə artıq 8.5 milyondan çox insan koronavirusa yoluxub və 139 mindən çox insan virusun qurbanı olub.