Britaniyanın müdafiə naziri: “Husilərin genişmiqyaslı hücumunun qarşısını almışıq”backend

Britaniyanın müdafiə naziri: “Husilərin genişmiqyaslı hücumunun qarşısını almışıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın “HMS Diamond” esminesi ABŞ gəmiləri ilə birlikdə Qırmızı dənizdə husilərin indiyədək ən böyük hücumunun qarşısını alıb.

İnterpress.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps sosial şəbəkələrdə məlumat verib.

“HMS Diamond” esminesi “Viper” raketləri və topları ilə bir neçə pilotsuz uçuş aparatını məhv edib”, – o bildirib.

“Sky News” mənbələrə istinadən məlumat verib ki, Britaniya gəmisi 7 PUA zərərsizləşdirib.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı ABŞ və Britaniya donanmasının Yəmən husilərinin Qırmızı dənizin cənubuna atdığı 18 PUA və 3 raketi zərərsizləşdirdiyini bildirmişdi.