Bu gün 38 nəfər koronavirusa yoluxub backend

Bu gün 38 nəfər koronavirusa yoluxub 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 123 nəfər müalicə olunaraq sağalıb, 4 970 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 781 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4482, bu günə qədər isə ümumilikdə 3 733 194 test icra olunub.