Bu gün girovların azad edilməsi Qəzza zolağının bir neçə yerində baş tutacaq.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusu Radiosu yazır. Proses İsrail vaxtı ilə saat 09:00-da başlayacaq.
Qeyd olunur ki, 8 girov (3 İsrail və 5 Tailand vətəndaşı) müqabilində 110 fələstinli məhbus azad ediləcək.
Eyni zamanda, Livanın “Əl Mayadeen” telekanalı xəbər verir ki, azad edilmə sektorun şimalında Cəbəliyyədə və anklavın cənubundakı Xan Yunesdə bir neçə məntəqədə aparılacaq.
Xuraman Etibarlı
İnterpress.az