Bu il Azərbaycanda 40 nəfər istehlakçıların aldadılması ilə bağlı müraciət edibbackend

Bu il Azərbaycanda 40 nəfər istehlakçıların aldadılması ilə bağlı MÜRACİƏT EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda istehlakçıların malın ölçüsü, çəkisi və hesabına dair aldadılması ilə bağlı 2024-cü il ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 319, bu ilin yanvar-fevral aylarında isə 40 vətəndaş müraciət edib.

İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı “İstehlakçı hüquqları” mövzusunda keçirilən təlimdə bildirib.

O qeyd edib ki, aparılan araşdırmalar nəticəsində ötən il 13 sahibkarlıq subyekti barəsində 24 inzibati xəta protokolu tərtib edilib.

Bu ilin ilk iki ayı ərzində isə sahibkarlıq subyekti barəsində inzibati tədbir görülüb.

“Baxılan müraciətlər əsasında 2024-cü ildə 189, 2025-ci ilin ilk iki ayında isə 12 istehlakçının tələbi təmin edilib. Hazırda istehlakçıların hüquqlarının qorunması və bu cür halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir”, – deyə Y. Tapdıqlı məlumat verib.