Bu il Azərbaycanda intihar edənlərin sayı açıqlandı: Ən çox kişilərdir – VİDEObackend

Bu il Azərbaycanda intihar edənlərin sayı açıqlandı: Ən çox kişilərdir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin birinci yarısında baş vermiş intihar hadisələri nəticəsində 239-u kişi olmaqla, 322 nəfər həyatını itirib”.

Bunu AZTV-yə açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.

O deyib ki, intihar hadisələrinin 115-i paytaxtda, digərləri isə respublikanın rayon və şəhərlərində qeydə alınıb:

“İntihar faktları ilə bağlı aparılmış araşdırmalar nəticəsində bu səbəblər arasında müxtəlif xəstəliklərdən əziyyət çəkmə, narkotik vasitə və spirtli içkilərin aludəçisi olma, eləcə də, yaxın qohumlarını itirmə və başqa səbəblərə rast gəlinir”.