Bu linki açsaz, hesabınız ələ keçəcək – Bankdan xəbərdarlıqbackend

Bu linki açsaz, hesabınız ələ keçəcək – Bankdan xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Beynəlxalq Bankı adından Vatsap tətbiqi vasitəsilə naməlum şəxslər tərəfindən istifadəçilərə mesajlar göndərilir. Mesajlardan ABB-nin 30 illik yubileyi münasibətilə istifadəçilərə hədiyyələr vəd edən keçidə daxil olmaq təklif edilir. Keçidə daxil olan şəxslərin hesabları və İP adresləri oğurlanır. Daha sonra ələ keçirilən hesablar adından sosial şəbəkə istifadəçilərinə nalayiq şəkillər göndərilir.

Bankdan Axar.az-a verilən açıqlamada bildirilib ki, müştərilərə bu barədə xəbərdarlıq edilib.

“Hər kəsdən bu tipli dələduzluq hallarına qarşı maksimum diqqətli olmağı, naməlum linklərə keçid etməməyi xahiş edirik. Hazırda ABB-nin rəsmi sosial media hesablarında müsabiqə keçirilir. Bu səbəblə müştərilərimiz yalnız rəsmi – İnstaqram, Feysbuk, Linkedin, Tvitter hesablarımızda paylaşılmış müsabiqələrə istinad etsinlər. Qeyd olunan səhifələrdən əlavə bankımızın adından paylaşılan hər hansısa qeyri-rəsmi məlumatlara etibar etməyin və məlumatlarınızı heç bir halda paylaşmayın. Vətəndaşlarımıza qeyri-rəsmi hesablardan müraciət olunarsa, istənilən sosial şəbəkə hesabımızın mesaj qutusuna, 937 nömrəli Məlumat Mərkəzinə, rəsmi saytımızın onlayn çat bölməsinə və ya [email protected] elektron ünvanımıza dərhal müraciət edib məlumat versinlər”, – açıqlamada qeyd olunub.