Bu qızlar Azərbaycan sərhədində saxlanıldı -SƏBƏBbackend

Bu qızlar Azərbaycan sərhədində saxlanıldı -SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.

İnterpress.az xəbər verir ki, araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri – 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.

DSX-nin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideyinləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.