Bu zəfərə görə bizlər Sizlərə borcluyuq! “Əsgərə Xatirə” layihəsi+fotolarbackend

Bu zəfərə görə bizlər Sizlərə borcluyuq! “Əsgərə Xatirə” layihəsi+fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti, “ictimai fəal, aparıcı təhsil eksperti Nuranə xanım Şıxaliyevanın rəhbəri olduğu “Əsgərə Xatirə” layihəsi çərçivəsində Vətən müharibəsi qaziləri, eləcə də şəhid ailələrinə dəstək kampaniyaları davam etməkdədir. Belə ki, daim şəhid ailələrinin dərdlərinə şərik, qazilərimizin acısına isə məlhəm olmağı qarşısına ali məqsəd qoymuş “Əsgərə Xatirə” layihəsinin komandasının fəxri üzvləri – Həyat fondunun icraçı direktoru Hacı Nuran Hüseynov, ictimai fəal, sahibkar və tanınmış xeyriyyəçi Əliş Hüseynovun davamlı dəstəyi ilə öz missiyasına sadiq qalaraq növbəti xeyrxah səfər proqramın həyata keçirdib.

İnterpress.az xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıq sayəsində “Əsgərə Xatirə” layihəsi 27.06.2021-ci il tarixində şəhid ailələri, övladları, valideynləri ilə görüşlər keçirmək məqsədi ilə Biləsuvar rayonunda səfərdə olublar.

Səfərin məqsədi qaziləri və şəhid ailələrini ziyarət edərək onlarla müəyyən vaxt keçirib həmrəylik nümayiş etdirmək, bu insanlara həm maarfləndirici, həm hüquqi, həm psixoloji və ən əsası isə mənəvi dəstək olmaqdan ibarət idi.

Ailələri ziyarətdən öncə Prezident İlham Əliyev cənabları tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində yüksək etimad qazanan Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və rayon İcra Hakimiyyətinin kollektivi ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda görüş keçirildi.

Sonra Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti, “Əsgərə Xatirə” layihəsinin rəhbəri ictimai fəal, aparıcı təhsil eksperti Nuranə Şıxəliyevanın başçılıq etdiyi nümayəndə heyəti İkinci Vətən müharibəsi döyüşlərində iştirak edərək fədakar xidmətləri və şücaətləri ilə torpaqlarımızın azadlığı uğunda qəhrəmancasına şəhid olan 69 nəfərin ailələri ilə görüşlərə start verildi.

Layihə iştirakçıları əvvəlcə Azərbaycan əsgərinin Milli Qəhrəmanlıq rəmzi olan Mübariz İbrahimovun ailəsinə baş çəkərək onları ziyarət ediblər. “Əsgərə Xatirə” layihəsi çərçıvəsində keçrilən silsilə tədbirlərdə fəxri qonaq qismində Azərbaycanın əməkdar artisti Yusif Mustafayev, iş adamı, sahibkar Sadiq Fərəcov da iştirak ediblər. Qonaqlar şəhid ailələri ilə göruş zamanı onlara mənəvi dəstəklərini bildirməklə yanaşı, həm də apardıqları sovqatları da çatdırıblar. Qeyd edək ki, bu görüşlərin hər biri bu ailələrə mənəvi təsəlli olmaqla yanaşı, onlarda gələcəyə inam hissinin yüksəlməsinə səbəb olub.

“Əsgərə Xatirə”layihəsinin rəhbəri Nuranə Şıxəliyeva göüşlər zamanı deyib: “Bizlər hər zaman Sizn yanınızdayıq, başda dövlətimiz və dövlət başçımız, cəmiyyətimiz sizi heç zaman tək qoymayacaq. Sizlər, sizin övladlarınız Azərbaycanımıza zəfər yaşatdı. Bu zəfərə görə bizlər Sizlərə borcluyuq. Eşq olsun müzəffər Azərbaycan Ordusuna! Var olsun Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, “Əsgərə Xatirə” layihəsi çərçivəsində keçirilən növbəti görüşə Müdafiə Nazirliyinin bir qrup zabitləri də qatılıblar.