ABŞ rəsmiləri İsrailin İrana qarşı hərbi əməliyyat keçirməyə hazır olduğu barədə məlumat alıb. Bununla bağlı, ABŞ Dövlət Departamenti İranın potensial hücum zonalarında yerləşən ABŞ səfirliklərinə, o cümlədən Şərqi Avropa və Şimali Afrikadakı diplomatik nümayəndəliklərə göstəriş verib. Departament onlara fövqəladə qərargahlar toplamaq və özlərinə qarşı riskləri və təhdidləri azaltmaq üçün planları təqdim etməyi tapşırıb.
SEPAH da öz növbəsində İsraili “səhv etməməyə” çağırıb və istənilən səviyyədə istənilən müharibəyə hazır olduqlarını bildirib.
İraillə İran arasında müharibə gözləntisi və Azərbaycana bunun təsiri barədə İnterpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev cavablandırıb.
O bildirib ki, hər il olduğu kimi bu il də müharibə ancaq sözdə ola bilər, olsa da geniş şəkildə olmayacaq.
“İraillə İran arasında baş verənlərə nəzər salsaq, görərik ki, burada oyun başqadır, mənə görə. Onlar haçan düşmən oldular ki?!
İran İslam Respublikasını quranların biri elə İsrail olub. İrana qaşı edilənlər başqalarına gözdağıdır. Hər şey “Böyük İsrail” dövlətinin yaranması üçündür.
Bəlkə də, cənub hissəyə qarşı planlar icra ediləcək. İsraillə Azərbaycanın strateji hədəfləri, layihələri var.
Burada müharibədən daha çox strateji planlar var. Müharibə onun bir parçasıdır”, – konfliktoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az