Cabarov: Rusiya və Gürcüstan gec-tez diplomatik münasibətləri bərpa edəcək – VİDEObackend

Cabarov: Rusiya və Gürcüstan gec-tez diplomatik münasibətləri bərpa edəcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Gürcüstan gec-tez diplomatik münasibətləri bərpa edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Sputnik Georgia-nın multimediya mətbuat mərkəzində keçirilən videobağlantı zamanı bildirib.

O hesab edir ki, Rusiya və Gürcüstan arasında diplomatik əlaqələrin bərpası vaxt məsələsidir.

“Ən vacibi səbirli olmaq və bir-birimizi eşitməkdir… Ümid edirəm ki, gec-tez biz diplomatik münasibətləri bərpa edəcəyik.

Əsas odur ki, bir-birimizi hörmətlə qarşılayaq və bir-birimizin daxili işlərinə qarışmayaq,” – Cabarov deyib.

Xuraman Etibarlı

İnterpress.az