Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Qanlı Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar başsağlığı verib.
İnterpress.az xəbər verir ki, bununla bağlı o, özünün “Twitter” hesabından paylaşım edib.
“Bu gecə qərənfillərin ağladığı gecədir, bu gün günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda azadlıq, müstəqillik, istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları şad, məkanları cənnət olsun. Unutmayacağıq!” – deyə diplomat başsağlığı ismarışında bildirib.
Bu gece ‘karanfilin ağladığı gece’
Bu gün ‘güneşin doğmadığı gün’ dür.20 Ocak 1990’da Bakü’de
özgürlük,hürriyet,bağımsızlık ve egemenlik uğrunda şehit düşen can kardeşlerimizi saygıyla ve rahmetle anıyoruz. Ruhları şad mekanları Cennet olsun. Unutmayacağız.🌹🌹🌹#20yanvar pic.twitter.com/eVMWq5nIi6— Cahit Bağcı (@CahitBagci) January 19, 2022