Çavuşoğlu Taliban heyəti ilə belə görüşdü – VİDEObackend

Çavuşoğlu Taliban heyəti ilə belə görüşdü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın yeni hakimiyyətinin – Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi və heyəti Ankaraya səfər edib.

Əmir Xan Müttəqinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qəbul edib.

Görüşdə Əfqanıstandakı vəziyyət, qaçqın problemi, humanitar yardımların çatdırılması, ölkənin yenidən qurulmasında Türkiyənin iştirakı kimi məsələlər müzakirə olunub.

Türkiyə tərəfi bir sıra məsələlər, o cümlədən, yeni hökumətdə ölkənin bütün dini-etnik kəsimlərinin təmsilçiliyi, qadınların cəmiyyət həyatında aktiv iştirakı ilə bağlı təkliflərini Taliban təmsilçilərinə çatdırıb.

Eltac Zülfüqaroğlu