Çeçenistanda tikintidə partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, partlayış Başin-Kali kəndində tikinti meydançasında baş verib.
İlkin versiyaya görə, qaz balonu partlayıb.
Partlayış nəticəsində ən azı 5 nəfərin öldüyü, 26 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Zərbənin gücündən dağıntıların olduğu barədə də məlumatlar var.
Partlayışın səbəbi hələlik açıqlanmayıb, araşdırma aparılır.