Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Qarakazımlı kəndində qeydə alınıb.
Belə ki, 1973-cü təvəllüdlü Həsənova Südabə Əlixan qızı ürək nahiyəsindən bıçaqlanıb və xəstəxanaya çatdırılan zaman dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.(report)